33 aydan sonra yenidən üzv oldu

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasına 33 aydan sonra yenidən üzv qəbul edildi.

724324
33 aydan sonra yenidən üzv oldu

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasına 33 aydan sonra yenidən üzv qəbul edildi.

Dövlət başçılığına namizədlik üçün 2014-cü ilin avqust ayının 27-də Partiyadan ayrılan Ərdoğan “beşinci uşağı” kimi qəbul etdiyi Partiyasına 979 gün sonra yenidən üzv oldu.

Beləliklə aprelin 16-da keçirilən konstitusiyaya dəyişiklik referendumu ilə əsas qanun maddələrindən biri olan “partiyalı dövlət rəhbəri” dövrünə da start verildi.

Partiyanın Mərkəzi binasında keçirilən mərasimdə çıxış edən baş nazir Binəli Yıldırım dövlət başçısı Ərdoğanın mayın 21-də keçiriləcək 3-cü növbədən kənar Böyük Konqresdə  Partiyanın sədri kimi təklif ediləcəyini bildirib.  

Baş nazir deyib ki, bugün Türk siyasəti və demokratiyası üçün tarixi bir gün yaşayırıq. Əziz millətimizin qərarı istiqamətində ölkəni idarə edənləri milətin və siyasətin üzərində görmə anlayışı artıq başa çatmışdır. Millətin adamı, millətə xidmət üçün var olan Ədalət və İnkişaf Partiyasına, millətin təsdiq etməsilə bugün qayıdır.



Әlaqәli Xәbәrlәr