PKK-nı məhv edəcək əməliyyatlar! 10 mindən çox terrorçu ...

Türkiyə Silahlı Qüvvələri son dövrdə həyata keçirilən təsirli və qətiyyətli əməliyyatlarla həm ölkə daxilində həm də sərhəddən kənarda terror təşkilatlarına ağır zərbə vurdu.

723241
PKK-nı məhv edəcək əməliyyatlar! 10 mindən çox terrorçu ...

Türkiyə Silahlı Qüvvələri son dövrdə həyata keçirilən təsirli və qətiyyətli əməliyyatlarla həm ölkə daxilində həm də sərhəddən kənarda terror təşkilatlarına ağır zərbə vurdu. Təhlükəsizlik qüvvələri 23 iyul 2015-ci il tarixindən bugünə qədər terror təşkilatlarına istiqamətli qurudan və havadan həyata keçirdiyi əməliyyatlarda 10 min 100-dən çox terrorçunu zərərsizləşdirdi.

Terror təşkilatına istiqamətli son dövrdə artırılan əməliyyatlarla təşkilatın toplandığı və hücum planlarının hazırlandığı hədəflər bir-bir məhv edilir.

PKK terrorçuları tərəfindən xüsusilə Şərq və Cənub-Şərqi Anadolu bölgələrində davamlı sığınma sahəsi və keçid marşrutu olaraq istifadə edilən sahələrin təmizlənməsi və terror təşkilatı mənsublarının bahar və yaz üçün təşkilatlanmasının qarşısını almaq məqsədi ilə başladılan əməliyyatlarla təşkilata imkan verilmir. Quru və hava əməmliyyatları ilə təşkilatın bu ərazilərdə tamamilə məhv edilməsi hədəf götürülüb.

İraqın şimalındakı Sincar Dağı ilə Suriyanın şimal-şərqində yerləşən Karaçok dağındakı terror təşkilatı hədəflərinə istiqamətli 25 apreldə edilən hava əməliyyatında, aralarında dırnaqarası yüksək səviyyəli təşkilat rəhbərlərinin olduğu 89 terrorçu məhv edildi.



Әlaqәli Xәbәrlәr