“İş həyatındakı problemlər dialoq və əməkdaşlıq içində həllə qovuşdurulmalıdır”,B.Yıldırım

Baş nazir Binəli Yıldırım 1 may-Beynəlxalq Zəhmətkeşlər günü münasibətilə bəyanat yayıb.

723237

Baş nazir iş həyatındakı problemlərin dialoq və əməkdaşlıq içində həllə qovuşdurulması nəticəsində Türkiyədəki demokratik  etibar və sabitlik mühitinin daha da güclənəcəyinə inandığını dilə gətirib.

Binəli Yıldırım bütün zəhmətkeşlərin  bayramını təbrik edərək bildirib ki, istehsalat sahəsində bütün gücü ilə işləyən zəhmətkeşlər öz əməkləri ilə evlərinə halal çörək apararkən həm də ölkənin inkişafı üçün mühüm rol götürürlər. 1 may zəhmətkeşlər tərəfindən birlik, həmrəylik və haqsızlıqlara qarşı mübarizə günü kimi bütün dünyada qeyd olunarkən həmin zamanda iş həyatında mövcud problemlərin həlli ilə əlaqəli düşüncələrin müzakirəsinə zəmin də hazırlayır.

Baş nazir 1 mayın bütün dünyada və Türkiyədə ictimai sülhü və məntiqi gücləndirən bayram olmasını təmənni edib və hökumət adından bütün zəhmətkeşləri bir daha təbrik etdiyini bildirib.

Әlaqәli Xәbәrlәr