Dövlet başçısı Rəcəb Tayyib Ərdoğan zəhmətkeşləri əmək bayramı münasibətilə təbrik edib

Bugün 1 may-zəhmətkeşlərin beynəlxalq həmrəylik günü kimi qeyd olunur

723263
Dövlet başçısı Rəcəb Tayyib Ərdoğan zəhmətkeşləri əmək bayramı münasibətilə təbrik edib
emek ve dayanışma günü.jpg

Bugün 1 may-zəhmətkeşlərin beynəlxalq həmrəylik günü kimi qeyd olunur.

1 may-zəhmətkeşlərin beynəlxalq həmrəylik günü Türkiyədə də müxtəlif tədbirlərlə qeyd olunur.

Həmkarlar İttifaqları- DİSK, KESK, Türk Təbiblər Birliyi və Türk Memar Mühəndis Palataları Birliyi ilə bəzi partiya və qeyri-hökumət təşkilatları İstanbulda Bakırköy meydanında mərasim keçirəcək.

30 mindən artıq polisin vəzifədə olacağı şəhərdə bəzi gəmi səfərləri ləğv edilib, bir sıra yollar da hərəkətə bağlanıb.

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 1 may-Beynəlxalq zəhmətkeşlər günü münasibətilə bəyanat yayımlayıb.

Dövlət başçısı Ərdoğan bəyanatında "İşçi və əməkçi qardaşlarımızın demokratik və sülhsevər yollarla haqq axtarışlarının simvolu olan 1 may- Əmək və həmrəylik gününün, işçilərin problemlərinin dilə gətirilməsinə və həll yollarına işıq tutmasına səbəb olmasını arzu edirəm." deyə ifadə edib.

Dövlət rəhbərliyinin mətbuat xidmətindən verilən yazılı məlumata görə, Ərdoğan "1 may- Beynəlxalq zəhmətkeşlər günü" münasibətilə mesaj yayımlayaraq bildirib ki, Türkiyənin böyüməsi, inkişafı və hədəflərinə çatmasında əmək və zəhmətləri ilə əhəmiyyətli qatqısı olan işçi və zəhmətkeşləri həmrəylik günü münasibəti ilə təbrik edirəm. Bütün dünyada birlik, həmrəylik və haqsızlıqlarla mübarizə günü olaraq qeyd olunan, işçi və əməkçi qardaşlarımızın demokratik və sülhsevər yollarla haqq axtarışlarının simvolu olan bu bayramın işçilərin problemlərinin dilə gətirilməsinə və həll yollarına işıq tutmasına  səbəb olmasını arzu edirəm.

Ərdoğan əməyi, alın tərini və halal qazancı ucaldan, istehsalda və paylaşmada ədaləti müdafiə edən bir anlayışın nümayəndələri olaraq, ölkənin xoşbəxt və firavan gələcəyinə irəliləməsində işçilərin əməklərinin qarşılığını almalarına, iş şərtlərinin yaxşılaşdırılmasına, layiq olduqları həyat standartına qovuşmalarına böyük əhəmiyyət verdiklərinə diqqəti çəkib. Ərdoğan cəmiyyətdə hər kəsin fikirlərini demokratik platformalarda dilə gətirməsindən məmnuniyyət duyduqlarını ifadə edərək, problemlərin qarşılıqlı dialoq və uzlaşma içərisində həll edilməsinii vacibliyini vurğulayıb.

Zəhmətkeşlərin bütün cəmiyyətin dəstəyi, birlik və bərabərlik içində davam etdiriləcək işlərə liderlik etməsini əhəmiyyətli gördüklərinə işarə edən Ərdoğan  qeyd edib ki, bu yanaşmanın, problemlərin həllini asanlaşdıracağı və demokratiyamızın inkişafına əhəmiyyətli töhfə verəcəyi aydındır. Bu bayramın sülh və qardaşlığın suveren olduğu, provakasiyalardan uzaq bir bayram havasında qeyd olunması arzusu ilə bütün vətəndaşlarımızı qəlbən salamlayıram.



Әlaqәli Xәbәrlәr