Sigmar Qabriel Türkiyə ilə üzvlük müzakirələrinin kəsilməsinə qarşı olduğunu bildirdi

Maltada keçirilən Avropa İttifaqı Xarici İşlər Nazirlərinin Toplantısında iştirak edən Almaniya xarici işlər naziri Siqmar Qabriel Türkiyə ilə bağlı əhəmiyyətli açıqlamalar verdi.

722773
Sigmar Qabriel Türkiyə ilə üzvlük müzakirələrinin kəsilməsinə qarşı olduğunu bildirdi

  Maltada keçirilən Avropa İttifaqı Xarici İşlər Nazirlərinin Toplantısında iştirak edən Almaniya xarici işlər naziri Siqmar Qabriel mətbuatda Türkiyə ilə bağlı əhəmiyyətli açıqlamalar verdi.
 
 Qabriel Türkiyə ilə üzvlük danışıqlarının kəsilməsini səhv bir reaksiya olaraq gördüklərini bildirdi.
 
 "Türkiyə  böyük bir qonşudur. Hərbi dövrlərdə belə Türkiyəni kənarlaşdırmamışıq. İndi niyə bu ölkəni Rusiyaya doğru sürükləməkdə marağımız olsun ki? Hər şeydən əvvəl diplomatik danışıqlar davam etdirilməlidir" şəklində danışdı.
 
 Sigmar Qabriel Türkiyədə müəyyən təbəqələr üçün viza azadlığı təklif də verdi. 

Qabriel: "Türkiyədəki qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq, jurnalistlərə, ziyalılara, elm adamlarına, tələbələrə, hər iki tərəfdə işləyən iş adamlarına  viza sərbəstliyi barəsində düşünməliyik" dedi.



Әlaqәli Xәbәrlәr