Türkiyənin Ali Seçki Şurası referendumun yekun nəticələrini açıqladı

YSK sədri Sadi Güvən referendumda "hə" səslərinin 51,41 %, "yox" səslərinin 48,59 % təşkil etdiyini bildirdi.

721941
Türkiyənin Ali Seçki Şurası referendumun yekun nəticələrini açıqladı

Türkiyənin  Ali Seçki Şurası (YSK) konstitusiya dəyişiklikləri ilə bağlı aprelin 16-da keçirilən referendumun yekun nəticələrini açıqladı.
 
 YSK sədri Sadi Güvən referendumda "hə" səslərinin 51,41 %, "yox" səslərinin 48,59 % təşkil etdiyini bildirdi.
 
Son qəti nəticələrə görə, ölkə daxilindəki xalq səsverməsində 55 milyon 319 min 222 qeydiyyatlı seçicidən 48 milyon 374 min 576-sı səs verib.
 
 Səslərin 47 milyon 528 min 949-u etibarlı, 845 min 627-si etibarsız sayılıb. Seçkidə iştirak nisbəti 85,43 % olub.
 
 Xarici ölkələrdə isə qeydiyyatda olan 2 milyon 972 min 676  seçicidən 1 milyon 325 min 682-si seçki məntəqələrinə gedərək səs verib.
 
 Səslərin 1 milyon 309 min 821-i etibarlı, 15 min 861-i etibarsız sayılıb. Seçkidə iştirak nisbəti 44,60 % olub.
 
 Gömrük qapılarında 98 min 597 seçici səs verib. Səslərin 97 min 834-ü etibarlı, 763-ü etibarsız sayılıb. İştirak nisbəti 3.32% olub.
 
 Ali Seçki Şurası aralarnda Cümhuriyyət Xalq Partiyasının da olduğu 3 siyasi partiyanın möhürsüz seçki vərəqələrindən istifadə edildiyi və "Tam qanunsuzluq səbəbi ilə referendumun nəticələrinin bütövlükdə ləğv olunması" tələbini də rədd etdi.
 
Rədd qərarında: "Verilmiş səslər seçki məntəqəsi komissiyasının səhvi üzündən yox sayıla bilməz" ifadəsi işlədildi.
 
 YSK-nın referendumun son nəticələrini əks etdirən qərarı Rəsmi Qəzetdə də dərc olundu.



Әlaqәli Xәbәrlәr