“AŞPA-nın  qərarına  qarşı   lazımlı  addımları  atacayıq”:M.Çavuşoğlu

Xarici işlər naziri Mevlüt Çavuşoğlu, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) monitorinq qərarından sonra tətbiq olunacaq sanksiya haqqında məlumat verib.

722035
“AŞPA-nın  qərarına  qarşı   lazımlı  addımları  atacayıq”:M.Çavuşoğlu

Xin M.Çavuşoğlu, AŞPA-nın büdcəsinə ən çox dayaq olan (grand payeur) ölkələrdən birinin Türkiyə olduğunu ifadə edərək, bunu ən aşağı seviyyəyə endirəcəklirini bildirib.

Mevlüt Çavuşoğlu, Özbəkistana reallaşdırdığı səfərdən qayıdarkən Türkiyənin gündəmindəki mövzular ilə əlaqəli açıqlama verib. AŞPA-nın qərarına toxunan nazir : Qərar qarşısında  izləyəcəyimiz  bir çox  yol var. AŞPA pəşiman olacaq. Monitorinq qərarı tamamən siyasidir” deyə vurğulayıb.

Türkiyə-Avropa İttifaqı əlaqələrinə də toxunan Xarici işlər naziri, Türkiyənin, Aİ-nin rəftarından narahat olduğunu ifadə edərək: “Avropa İttifaqı Türkiyə ilə əlaqəli nəhai qərar qəbul etməlidir. Bizi təhdid etməklə heç nə əldə ediləbilmiyəcəyini idrak etməlidir. Türkiyə İttifaqa üzvlük mövzusunu referanduma çıxara  bilər. Belə bir referandumun nəticəsinin də nə olacağı aşdındır. Çünki Avropa ittifaqı nə bizi qəbul etmək istəyir nə də tamamən rəd edir. Almaniya və Fransa da üzvlüyümüzə müsbət yanaşmır” deyə qeyd edib.

Suriya mövzusunda siyasi həll prosesininin davam etdirilməsini istədiklərini, bunun ən əhəmiyyətli şərtinin daimi atəşkəs olduğunu ifadə edən Çavuşoğlu: “Dəmeşqin İdlibdə kimyəvi silah hücumundan sonra, Bəşər Əsədsiz Suriya istəyən ölkələrin sayı xeyli artdı. Suriyada bütün tərəflərin qəbul edəbiləcəyi bir keçid prosesi yaradılmalıdır” deyib.

Xarici işlər naziri Çavuşoğlu, Amerika Birləşmiş Ştatlarının, separatçı terror təşkilatı PKK-nın Suriyadakı qruplaşması YPG ilə əməkdaşlıq etməsinin doğru olmadığını, bunu yeni rəhbərliyə şərh etməkdə səy etdiklərini, terroristlərdən yeni  ortaqlar ola bilməyəcəyini də sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr