Türkiyә Çexiyaya reaksiya göstәrib

Türkiyә 1915-ci il hadisәlәri ilә bağlı Çexiya  parlamentinin  deputatlar palatasının aprelin 25-dә  qәbul etdiyi  ‘‘soyqırım’’ qәrarını qınayıb vә rәdd edib.

721195
Türkiyә Çexiyaya reaksiya göstәrib

Türkiyә 1915-ci il hadisәlәri ilә bağlı Çexiya  parlamentinin  deputatlar palatasının aprelin 25-dә  qәbul etdiyi  ‘‘soyqırım’’ qәrarını qınayıb vә rәdd edib.

Xarici İşlәr Nazirliyindәn mövzu ilә bağlı verilәn yazılı açıqlamada, Çexiya prezidenti Milos Zemanın 1915-ci il hadisәlәri ilә bağlı mәktubunun tәәssüflә qarşılandığı  qeyd olunub.

Açıqlamada bu ifadәlәrә yer verilib: ‘‘Milos Zeman mәktubda  bir tәrәfdәn  tarix  siyasәtçilәr tәrәfindәn şәrh olunmamalıdır, siyasәtçilәr  tarixi hadisәlәri siyasi maraqları üçün istifadә  edirlәr,  keçmiş  ilk növbәdә tarixçilәr tәrәfindәn araştırılmalıdır vә şәrh olunmalıdır desә dә, digәr tәrәfdәn 1915-ci il hadisәlәrini siyasi baxımdan qiymәtlәndirib’’.

Açıqlamada hәmçinin mәsәlә ilә bağlı narahatlığın Çexiyanın Ankaradakı sәfirinә  çatdırıldığı  vurğulanıb.



Әlaqәli Xәbәrlәr