Binәli Yıldırım vә Mәsud Bәrzani arasında telefon danışığı olub

Türkiyənin baş naziri Binəli Yıldırım və İraq Kürd Regional Rəhbərliyinin  başçısı Məsud Bərzani arasında telefon danışığı olub.

721190
Binәli Yıldırım vә Mәsud Bәrzani arasında telefon danışığı olub

Türkiyənin baş naziri Binəli Yıldırım və  İraq Kürd Regional Rəhbərliyinin  başçısı Məsud Bərzani arasında telefon danışığı olub.

Əldə olunan məlumata görə,  telefon  danışığı  aprelin 25-də  baş tutub.

Məlumata görə,  Binəli Yıldırım görüş zamanı  M. Bərzaniyə  Türkiyə Silahlı Qüvvələrinin terror  təşkilatı PKK-ya qarşı  İraqın Sincar və Suriyanın Karaçok  dağlarında keçirdiyi hava əməliyyatı zamanı  5 Peşmərgənin  həyatını itirməsi ilə əlaqadar başsağlığı verib.

Baş nazir həmçinin terrorla mübarizə məsələsində  İraq Kürd Regional Rəhbərliyi ilə  əməkdaşlığın  davam etdirilәcәyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr