Nazir Ömər Çəlikdən ABŞ-na cavab

Ö.Çəlik, ABŞ Dövlət Departamentinin, Türk  silahlı  qüvvələri  tərəfindən   terror  düşərgəsinə təşkil  edilən   əməliyyata  dair  sözlərinə cavab  verib.

720799
Nazir Ömər Çəlikdən ABŞ-na cavab

Nazir Ömər Çəlik, Türk Silahlı Qüvvələrinin Sincardakı  terror  düşərgəsinə  aviazərbələrindən sonra, ABŞ Dövlət Departamentinin mövzu ilə əlaqəli açıqlamasına cavabən: “NATO üzvü olan Türkiyə, özü üçün təhdid yaradan Karaçok Dağındakı terror düşərgəsini dağıdıb. Bu terror düşərgəsi NATO müttəfiqi olan başqa bir ölkənin, ABŞ-ın bir komandiri və o terror təşkilatının mənsubu tərəfindən ziyarət edilmişdir. Türk silahlı qüvvələrinin bu düşərgəyə təşkil etdiyi əməliyyatdan sonra, rəsmi Vaşinqtonun bundan narahat olduğunu səsləndirməsi, ABŞ-ın məsələyə doğru yanaşmadığını göstərir” deyə vurğulayıb.

Ömər Çəlik, Avropa Şurası Parlament Assambleyası (AŞPA)-nın, 25 Apreldə Türkiyə ilə əlaqəli qəbul etdiyi qərarından sonra verdiyi açıqlamada may ayının əvvəlində və ya ən gec ikinci həftəsində Brüssel və Strasburqda ətraflı görüşlər keçirəcəyini bildirib.

 



Әlaqәli Xәbәrlәr