“Gömrük Birliyi müqaviləsi Türkiyə və Avropa İttifaqının ortaq maraqlarına xidmət edir”

İqtisadiyyat naziri Nihat Zeybekci Gömrük Birliyi müqaviləsinin əhatəsinin aktual hala gətirilməsinin Türkiyə və Avropa İttifaqının (Aİ) ortaq maraqlarına xidmət etdiyini söyləyib.

720464

Zeybekci İrlandiyanın paytaxtı Dublində Xarici iqtisadi münasibətlər heyəti və "Enterprise İreland" tərəfindən birgə təşkil edilən "Türk Günü" toplantısının bağlanış iclasında çıxış edərək deyib ki, Gömrük Birliyi hal-hazırda yalnız sənaye məhsullarını əhatə edir. Gömrük Birliyi qida, kənd təsərrüfatı, elektron ticarət və ictimai satın alma işlərini əhatə edəcək şəkildə genişletildiği zaman bu Türkiyəni Avropa İttifaqının ümumi inkişafına dəqiq şəkildə töhfə verən statuya qovuşduracaqdır.

Zeybekci Türkiyə və Avropa İttifaqının 2014-ci ilin yanvar ayından bəridir keçirilən danışıqlar nəticəsində Gömrük Birliyinin aktuallaşdırılması mövzusunda razılıq əldə etdiyini söyləyib.

İrlandiya xarici işlər və ticarət naziri Charles Flanagan (Çarls Fılıngın) da öz növbəsində deyib ki, Türkiyədə 15 iyul gecəsi Fetullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyi (FETÖ/ PDY) tərəfindən həyata keçirilən çevriliş cəhdinə qarşı dərhal öz mövqeyimizi ortaya qoyduq.

Türkiyənin çətin bir dövrdə milyonlarla qaçqını qəbul etdiyini vurğulayan Flanagan bildirib ki, fəal və müasir iqtisadi performans ortaya qoyan Türkiyəyə heyranam.

Әlaqәli Xәbәrlәr