R.T.Ərdoğan: ''Avropa Şurası Parlament Assambleyasının qərarını tanımırıq''

Rəcəb Tayyib Ərdoğan bildirib ki: ''Avropa Şurası Parlament Assambleyasının (AŞPA) tamamilə siyasi qərarını tanımırıq''

720398
R.T.Ərdoğan: ''Avropa Şurası Parlament Assambleyasının qərarını tanımırıq''

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qərarının tamamilə siyasi olduğunu qeyd edərək: ‘‘Bu qərarı tanımırıq’’ deyib.

Dövlət başçısı Prezident İqamətgahında Reuters xəbər agentliyinə musahibə verib.

Rəcəb Tayyib Ərdoğan müsahibə zamanı bu gün Suriyanın Karaçok və İraqın Sincar bölgələrinə təşkil edilən əməliyyatları da qiymətləndirib.

Əməliyyatdan əvvəl ABŞ, Rusiya və Şimali İraqa  əməliyyat barədə xəbər verildiyini  qeyd edən Rəcəb Tayyib Ərdoğan: ‘‘Sincarın  PKK-nın bazası olmasına imkan vermərik’’ deyə bildirib.

 Dövlət başçısı  bu əməliyyatların bölgənin  terrordan təmizlənənə  qədər davam edəcəyini də bildirib.



Әlaqәli Xәbәrlәr