Son 5 gündə 40 terrorçu zərərsizləşdirildi

Terror təşkilatı PKK quldurlarına qarşı həyata keçirilən əməliyyatlarda Şırnak vilayəti ərazilərində son 5 gündə 40 terrorçu zərərsizləşdirildi.

718986
Son 5 gündə 40 terrorçu zərərsizləşdirildi

Terror təşkilatı PKK quldurlarına qarşı həyata keçirilən əməliyyatlarda Şırnak vilayəti ərazilərində son 5 gündə 40 terrorçu zərərsizləşdirildi.

İllərdir terrorçuların düşərgəsi kimi istifadə edilən Bəstlər-Dərələr bölgəsinə qurudan və havadan təşkil edilən əməliyyatlar davam edir.

Bölgədə terrorçulara məxsus xeyli sayda silah-sursat da ələ keçirilib.

Diyarbəkir vilayətinin Kulp qəsəbəsinin ərazilərində davam edən əməliyyatlarda isə 2 terrorçu məhv edilib.

Hakkari, Bitlis, Əlazığ və Mardinin ərazilərində aparılan axtarışlarda müəyyən edilən düşərgələrdə xeyli miqdarda silah-sursat və müxtəlif gündəlik əşyalar ələ keçirilib.

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında Zap və Qara bölgələrində də havadan əməliyyat həyata keçirib. Əməliyyat zamanı hücum üçün hazırlaşdığı aşkar edilən terrorçular tərəfindən istifadə edilən iki mağara, 2 sığınacaq yer və 4 silah anbarı bombalanıb.

Baş Qərargah rəisi orgeneral Hulusi Akar terrorla mübarizədə hər şəyin adi axarında olduğunu söyləyib.

Hulusi Akar Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri İsmayıl Karamanın Məclisin 97-ci açılış ildönümü, 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı münasibətilə təşkil etdiyi ziyafətdə jurnalistlərin suallarına cavab verib.

Ordu generalı davam edən terrorla mübarizə əməliyyatlarına dair suala cavaban deyib ki, qəhrəmanlıqlar, fədakarlıqlar davam edir. Proses adi axarında gedir.  Bütün terrorçular məhv edilənədək mübarizəmiz davam edəcək. Bu mübarizəni davam etdirərkən günahsız insanların zərər görməməsi üçün silahlı qüvvələrimiz əlindən gələn cəhdi göstərir.



Әlaqәli Xәbәrlәr