Diyarbəkir, Şırnak və Hakkaridə terrora qarşı əməliyyatlar

Türkiyənin Diyarbəkir və Şırnak şəhərlərində separatçı terror təşkilatı PKK-ya qarşı təşkil edilən əməliyyatlarda 3 əsgər şəhid olub.

718585
Diyarbəkir, Şırnak və Hakkaridə terrora qarşı əməliyyatlar

  Diyarbəkirin Qulp qəsəbəsindəki əməliyyatda terrorçularla çıxan qarşıdurmada 3 əsgər yaralanıb. Yaralı əsgərlər vertolyotla Diyarbəkir Səlahəddin Əyyubi Dövlət Xəstəxanasına aparılıb. Yaralı əsgərlərdən biri, bütün müdaxilələrə baxmayaraq, şəhid olub.

  Şırnakın Uludere qəsəbəsində isə 23-cü Jandarma Sərhəd Diviziya Komandanlığına aid hərbi birliklərlə Best Dereler bölgəsində davam etdirilən əməliyyatda bir qrup terrorçu ilə atışma baş verib. Nəticədə iki əsgər ağır yaralanıb. Vertolyotla Şırnak Dövlət Xəstəxanasına aparılan yaralı əsgərlər, bütün müdaxilələrə baxmayaraq, şəhid olub.

  Separatçı terror təşkilatı PKK-ya qarşı əməliyyatlar fasiləsiz davam edir. Şırnak və Hakkaridəki son əməliyyatlarda 12 terrorçu zərərsizləşdirilib. Şırnakda son 4 gün ərzində zərərsizləşdirilən terrorçuların sayı 37-dir.

  Bu arada, İraqın şimalındakı Zap və Qara bölgələrinə təşkil edilən hava hərəkatında da terrorçular tərəfindən istifadə edilən 2 mağara, 2 sığınacaq və 4 silah anbarı vurularaq məhv edilib.



Әlaqәli Xәbәrlәr