23 Aprel Milli Suverenlik, Uşaq Bayramı və TBMM günüdür

23 Aprel Milli Suverenlik və Uşaq Bayramı və Türkiyə Böyük Millət Məclisinin (TBMM) yaranmasının 97-ci ildönümüdür.

718537
23 Aprel Milli Suverenlik, Uşaq Bayramı və TBMM günüdür

  Türkiyənin hər yerində və xarici nümayəndəliklərdə bu bayramlarla əlaqədar tədbirlər qeyd olunur.

  Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Ankara Beştepe Millət Mədəniyyət və Konqres Mərkəzində 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı tədbirində iştirak edəcək.

  Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Karhaman və Təhsil naziri İsmət Yılmaz müəllim və şagirdlərin heyətlərilə görüşəcək.

  Ölkənin Baş naziri Binəli Yıldırım 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı tədbirləri çərçivəsində Atatürkün mavzoleyi olan Anıtkabirdəki mərasimdə iştirak edəcək, Çankaya Köşkündə uşaqlarla bir araya gələcək. Sonra baş nazir Türkiyə Böyük Millət Məclisinin yaranmasının 97-ci ildönümü münasibətilə xüsusi gündəmlə toplanacaq Baş Assambleya, Çankaya Köşkündə 23 Aprel Uşaq Şənliyi və Məclisin Şərəf Salonunda keçiriləcək mərasimlərdə iştirak edəcək.

  Cümhuriyyət Xalq Partiyası – CHP-nin sədri Kamal Kılıçdaroğlu da bütün bu tədbirlərdə olacaq.



Әlaqәli Xәbәrlәr