Türkiyə Fransanın paytaxtı  Parisdə törədilən terror hücumunu pislədi

Türkiyə Fransanın paytaxtı  Parisin “Yelisey Çölləri” prospektində silahlı şəxsin polis əməkdaşlarına hücumunu pisləyib.

717985
Türkiyə Fransanın paytaxtı  Parisdə törədilən terror hücumunu pislədi

Türkiyə Fransanın paytaxtı  Parisin “Yelisey Çölləri” prospektində silahlı şəxsin polis əməkdaşlarına hücumunu pisləyib.

Xarici İşlər Nazirliyi tərəfindən yayımlanan bəyanatda bildirilib ki, bu çətin gündə həmrəylik içində olduğumuz dost fransız millətinə və polis təşkilatına başsağlığı, həyatını itirənin yaxınlarına səbir, yaralılara isə təcili şəfa diləyirik.

Bəyanatda qeyd edilib ki, oxşar hücumlara bir neçə dəfə məruz qalmış Türkiyə və Türk xalqı Fransız xalqının kədərini başa düşür və paylaşdığımızı bildiririk. Ölkəmiz indiyədək olduğu kimi terrorla mübarizədə Fransaya arzu edilən dəstəyi verməkdə davam edəcəkdir.

Xatırladaq ki, Parisdə aprelin 20-də törədilən terror aktında bir polis həyatını itirmiş, iki polis əməkdaşı isə ağır yaralanmışdı.

Hücumun məsuliyyətini DEAŞ üzərinə götürüb.



Әlaqәli Xәbәrlәr