" ATƏT özünü nəyə görə müdafiə edəcək", R.T. Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Tramp ilə hər görüşündən sonra birlikdə yaxşı şeylər edəcəkləri istiqamətində ümidlərinin daha da artdığını söylədi.

717459
" ATƏT özünü nəyə görə müdafiə edəcək", R.T. Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Tramp ilə hər görüşündən sonra birlikdə yaxşı şeylər edəcəkləri istiqamətində ümidlərinin daha da artdığını söylədi.

“A News” telekanalına müsahibə verən Ərdoğan Tramp ilə  mayın 16-17-də Vaşinqtonda qarşılıqlı görüşəcəklərini açıqlayıb.

Fetullahçı Terror Təşkilatının (FETÖ) quldurbaşının təhvil verilməsi mövzusunda Vaşinqton rəhbərliyini sabiq prezident Barak Obamadan daha səmimi gördüyünü vurğulayan Ərdoğan deyib ki, Pensilvaniyada 170 ölkəni idarə edirəm şəklində bəyanatlar verən bu adamdan bunun hesabını yəqin ki, soruşacaqlar." dedi.

Türkiyədə aprelin 16-da keçirilən referendumla yeni hökumət sisteminə 2019-cu ildə keçiləcəyini ifadə edən Ərdoğan bunun bir rejim dəyişikliyi olmadığını bir daha dilə gətirib.

Son vaxtlarda Qərbin Türkiyəyə istiqamətli rəftarını da dəyərəndirən Ərdoğan Avropa ölkələrinin sürətlə nasizm və faşizmə doğru üz tutduğunu nümunələr verərək ifadə edib.

Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Türkiyəyə göndərdiyi müşahidəçi heyətinə ilə əlaqəli olaraq bəzi fotoşəkilləri göstərən Ərdoğan müşahidəçilərin terror təşkilatı PKK ilə iç-içə olduqlarını izah edib və ATƏT-in etibarlılığını itirdiyini vurğulayıb.

Türkiyənin terrorla qətiyyətli şəkildə mübarizə apardığını bildirən Ərdoğan 20 ayda təxminən 11 minə yaxın terrorçunun öldürüldüyünə dair məlumat verib.

Türkiyə ilə Avropa İttifaqı arasında gərginləşən əlaqələri də dəyərləndirən Ərdoğan deyib ki, İttifaq əvvəl riyakarlıqdan, yalan danışmaqdan əl çəkməlidir.  Vacib olsa Türkiyədə Aİ üzvlüyü əlaqədar də referundum keçirilə bilər.



Әlaqәli Xәbәrlәr