Türkiyədə Fövqəladə Vəziyyət 3 ay da uzadıldı

Türkiyədə Fövqəladə Vəziyyətin (OHAL) 19 aprel çərşənbə günü gecə saat 01.00-dan etibarən 3 ay müddətinə yenə uzadılmasıyla bağlı Baş Nazirliyin qərarı Türkiyə Böyük Millət Məclisində qəbul edilib.

715732
Türkiyədə Fövqəladə Vəziyyət 3 ay da uzadıldı

  Baş nazir müavini Numan Kurtulmuş Fövqəladə Vəziyyətin uzadılmasına Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəetməsini (FETÖ/PDY) səbəb göstərərək bildirib: “FETÖ ilə mübarizə davam edir. Hələ ortaya çıxmayan, təşkilatla əlaqəli adamlar var. Bunlar dövlətin içindən tamamilə təmizlənməlidir. Amma Fövqəladə Vəziyyət olsa da, hər kəs üçün gündəlik həyat təbii axını ilə davam edir.”

  Beləliklə, Türkiyə Böyük Millət Məclisinin təsdiqiylə 15 İyul Çevriliş Cəhdindən sonra elan edilən Fövqəladə Vəziyyət üçüncü dəfə uzadılaraq 2017-ci ilin 19 iyuluna qədər davam edəcək.

  Qərar “Resmi Gazete”də dərc olunub.



Әlaqәli Xәbәrlәr