"Dini istismarın bu ölkəyə yaşatdığı ağrıları birlikdə gördük", B.Yıldırım

Türkiyədə Müqəddəs Doğum Həftəsi tədbirləri başlayıb.

715744
"Dini istismarın bu ölkəyə yaşatdığı ağrıları birlikdə gördük", B.Yıldırım

  Türkiyənin Baş naziri Binəli Yıldırım İslam dinini din istismarçılarından qorumaq lazım olduğunu söyləyib.

  Türkiyədə Müqəddəs Doğum Həftəsi tədbirləri başlayıb.

  Ankarada təşkil edilən "Peyğəmbər və etibarlı cəmiyyət" mövzulu Müqəddəs Doğum Proqramında etdiyi çıxışında Binəli Yıldırım deyib:

  "Uca dinimizi əsas çox təhlükəli ünsürlərin başında gələn dini istismarçılardan qorumalıyıq. Dini istismarın 15 iyulda bu ölkəyə yaşatdığı ağrıları birlikdə gördük.

  Cəmiyyətin, gənc nəslin, uşaqların mənəvi dəyərlərə sahib olmaları, onların din haqqında təmiz və doğru məlumat əldə etmələri üçün çox işlər görmək lazımdır. İslam dini istismarçıların hiylə və qorxuları ilə sürə bilməz.

  Dünyada böyük bir mədəniyyətin varisi olan Türkiyənin insanları üzərinə düşən etibarlı cəmiyyəti qurma yolunda məsuliyyətlərini yerinə yetirməlidir."

  Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Kahraman isə etdiyi çıxışında Həzrəti Məhəmməddən hər kəsin ilham alması, onun yoluyla getməsini tövsiyyə edib.

  Diyanət İşləri sədri Mehmet Görmez də Həzrəti Məhəmmədin qadınların daha çox güvən içində yaşamalı olduğunu onun sözlərilə vurğulayıb.



Әlaqәli Xәbәrlәr