Qəzaya uğrayan helikopterin göyərtəsində olanların hamısı şəhid olub

Türkiyədə göyərtəsində hakim və polislərin olduğu Polis Baş İdarəsinə məxsus polis helikopteri Tunceli bölgəsində qəzaya uğradı, 7 polis məmuru, 1 hakim, 1 gizir və 3 ekipaj üzvü olmaqla 12 nəfər şəhid oldu.

715644
Qəzaya uğrayan helikopterin göyərtəsində olanların hamısı şəhid olub

Tuncelidə hakim və polislərin olduğu Polis Baş İdarəsinə məxsus polis helikopteri qəzaya uğradı, 7 polis məmuru, 1 hakim, 1 gizir və 3 ekipaj üzvü olmaqla 12 nəfər şəhid oldu.
 
 Tunceli Valiliyi  Böhran Mərkəzi rəsmilərinin verdiyi məlumata görə, AFAD əməkdaşları və  jandarm komandalarından ibarət xilasedicilər qəza yerindədirlər.
 
Helikopterdə olan bütün sərnişin və ekipaj üzvlərinin həlak olduğu bildirilir.
 
Tunceli valiliyinin daha əvvəl verdiyi məlumatına görə, Türkiyə vaxtı ilə saat 11.40 radələrində Pülümür rayonundan havaya qalxan "Sikorsky" tipli polis helikopterindən təxminən 10 dəqiqə sonra siqnal qəbulu kəsilib.

Helikopterin pis hava şəraiti səbəbindən qəzaya uğradığı bildirilir.


Etiketlәr: #Türkiyə , #helikopter , #qəza

Әlaqәli Xәbәrlәr