"Avropa Şurasının seçki müşahidəçisindən tərəfsiz olmasını gözləmirik", M. Çavuşoğlu

Xarici işlər naziri Mövlud Çavuşoğlu terror təşkilatı PKK-nın simvolu olan əsgi parçanın qabağında şəkil çəkdirən Avropa Şurasının seçki müşahidəçisindən tərəfsizlik gözləmədiklərini  söyləyib.

715313

Çavuşoğlu özünün “Twitter” səhifəsində Avropa Şurasından seçki müşahidəçisi alman Sol Partiyasından millət vəkili Andrej Hunkonun terror təşkilatı PKK-nın simvolu olan əsgi parçanın qabağında poza verdiyi şəkili yayımlayaraq yazıb ki, xainlərin əsgi parçaları ilə poza verən Hunko; Avropa Şurasının seçki müşahidəçisi. Bundanmı tərəfsizlik gözləyəcəyik?

Türkiyədə aprelin 17-də keçirilən referendumla əlaqəli olaraq, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Demokratik Qurumlar və İnsan Haqları Bürosu ilə Avropa Şurası Parlament Assambleyasının birgə fəaliyyəti olan beynəlxalq müşahidə missiyası aprelin 18-də mətbuat konfransı keçirərək açıqlama yaymışdı.

Missiyanın tərəfli və haqsız ifadələr əhatə edən bəyanatları dövlət başçısı Rəcəb Tayib Ərdoğan tərəfindən da reaksiya ilə qarşılanmışdı.

Әlaqәli Xәbәrlәr