ABŞ lideri D.Tramp R.T.Ərdoğanı təbrik edib

ABŞ prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğana zəng edib.

714855
ABŞ lideri  D.Tramp  R.T.Ərdoğanı təbrik edib

ABŞ prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğana zəng edib.

ABŞ lideri Türkiyə Respublikası Konstitusiyasına dəyişikliklər edilməsi ilə bağlı referendumun keçirilməsi və seçicilərin çoxluğunun dəyişikliklərə səs verməsi münasibətilə Rәcәb Tayyib Әrdoğanı təbrik edib.

Görüş zamanı  Suriyadakı  son proseslәr, terror tәşkilatı DEAŞ-a qarşı birgә mübarizә vә regional mәsәlәlәr dә müzakirә olunub.

İki lider görüş zamanı  hәmçinin  Bәşәr Әsәd rejiminin aprelin 4-dә törәtdiyi kimyəvi  hücumdan sonra  ABŞ-ın  bu ölkәdә raket hücumu hәyata keçirmәsi mәsәlәsinә dә  toxunub.

D. Tramp  bu məsələ ilә bağlı  verdiyi dəstəyə görə Rәcәb Tayyib Ərdoğana təşəkkür edib.



Әlaqәli Xәbәrlәr