Rəcəb Tayyib Ərdoğan referendumun nəticələrinin millətə və ölkəyə xeyirli olmasını arzuladı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan baş nazir Binəli Yıldırım, Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Bahçeli və Böyük Birlik Partiyasının sədri  Mustafa Desticiyə zəng edərək referendumda əldə edilən qələbəyə görə onları təbrik etdi.

713942
Rəcəb Tayyib Ərdoğan referendumun nəticələrinin millətə və ölkəyə xeyirli olmasını arzuladı
evet sevinci  3.png
recep tayyip erdoğan.jpg

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan referendumda təxminən 25 milyon "hə" səsinin verilməsinin millətin  nümayiş etdirdiyi yetkinliyin göstəricisi olduğunu bildirdi.
 
 Ərdoğan səsvermənin nəticələri müəyyən olunduqdan sonra  İstanbulda çıxış etdi.
 
 Millətin gələcəyinə sahib çıxdığını bildirən Ərdoğan bunun Türkiyənin hər növ sıxıntı və böhranı aşa biləcək gücdə olduğunu göstərdiyini dedi.
 
 16 aprelin Türkiyənin idarəetmə sistemi mövzusunda tarixi bir qərar verdiyi gün olduğunu vurğulayan prezident konstitusiyanın 18 maddəsində ediləcək tənzimləmələrlə köklü bir dəyişikliyin olacağını ifadə etdi.
 
 Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan bu çıxışdan əvvəl yaydığı yazılı açıqlamasında isə, referendumunun nəticələrinin millətə və ölkəyə xeyirli olmasını arzuladı.
 
 Ərdoğan Ədalət və İnkişaf Partiyasının sədri və baş nazir Binalı Yıldırım, Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bahçeli ilə Böyük Birlik Partiyasının sədri Mustafa Desticiyə zəng edərək onları təbrik etdi.

Cümhuriyyət tarixində ilk dəfə tamamilə sivil siyasət vasitəsilə idarə sisteminin deyişdiyini vurğulayan Ərdoğan bildirib ki, müttəfiqlərimiz başda olmaqla digər ölkələrin,ölkəmizlə əlaqələrini, terrorla mübarizə başda olmaqla həssaslıqlarımızı uyğun şəkildə nizamlamalarını gözləyirik.

 Qeyd edək ki, referendumun qəti olmayan nəticələrinə görə "hə" səsləri, Türkiyə daxilində 51,18 faizdir.

 
 



Әlaqәli Xәbәrlәr