Avropa İttifaqı və ABŞ-ın Türkiyədə keçirilən referunduma münasibəti necə oldu?

Avropa İttifaqı (Aİ) Türk səlahiyyətliləri referendumla qəbul edilən əsas qanun dəyişikliyinin qüvvəyə mindirilməsində mümkün olan ən gəniş dairəli razılığı tətbiq etməyə çağırıb.

714133

Aİ Komissiyasının sədri Jean-Claude Junker, İttifaqın xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federica Mogherini ilə qurumun qonşuluq və genişlənmə məsələləri üzrə məsulu Johannes Hahn referendumun nəticəsilə əlaqəli birgə bəyanat yayıblar.

 Bəyanatda bildirilib ki, konstutisiya dəyişikliyi və xüsusilə də faktiki olaraq tətbiqi Türkiyənin Aİ-na üzv olmaq üçün namizəd bir ölkə və Avropa Şurası üzvü məsuliyyətləri işığında dəyərləndiriləcək. Referendumun bir-birinə yaxın nəticəsi və əsas qanun dəyişikliyinin ətraflı şəkildə nəticələrinə nəzər salaraq, Türk səlahiyyətliləri bu dəyişikliyi həyata keçirməkdə mümkün olan ən gəniş miqyaslı razılığa üz tutmağa dəvət edirik.

ABŞ isə rəfərəndumu yaxından izlədiyini, amma hələ bir dəyərləndirmə ortaya qoymayacağını bildirib.

Әlaqәli Xәbәrlәr