Ərdoğan xristianları Pasxa Bayramı münasibətilə təbrik etdi

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan xristian vətəndaşları onların ən mühüm bayramlarından biri olan Pasxa münasibətilə təbrik edib.

713555

  Dini bayramların birlik və bərabərlik duyğularını yüksəldən, cəmiyyətdə qardaşlıq və həmrəyliyi göstərən günlər olduğunu vurğulayan Ərdoğan deyib: "Hansı inanca, dinə, məzhəbə və etnik mənşəyə mənsub olub-olmamağımızdan asılı olmayaraq, bütün vətəndaşlarımızın da din, mədəniyyət və ənənələrini sərbəst yaşatmalarına böyük əhəmiyyət veririk. Müxtəlifliyi zənginlik görən, qarşılıqlı hörmət və sevgini əsas götürən köklü bir mədəniyyətə malikik. Ayrı-ayrı din və inanc sahibləri bu coğrafiyada əsrlərdir sülh içində bir arada yaşayır. Bu duyğu və düşüncələrlə, başda Türkiyədəki xristian vətəndaşlarımız olmaqla, bütün dünya xristianlarını Pasxa Bayramı münasibətilə təbrik edir, onlara can sağlığı diləyirik."

Әlaqәli Xәbәrlәr