Osmanlıya “xəstə adam” deyirdilər, indi xəstə Avropa İttifaqıdır

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan hər kəsin referendumda iştirakının lazım olduğunu söyləyib.

713384
Osmanlıya “xəstə adam” deyirdilər, indi xəstə Avropa İttifaqıdır

   Ərdoğan İstanbulun Tuzla, Kartal və Ümraniye rayonlarında camaat qarşısında çıxış edib.

  Kartalda etdiyi çıxışında dövlət başçısı deyib:

  "100 il əvvəl Osmanlıya “xəstə adam” deyirdilər. İndi xəstə olan Avropa İttifaqıdır. İqtisadiyyatı kiçilir, xarici borcları artır. Qonşumuz Yunanıstana Almaniya 400 milyard avro borc verdi. Türkiyənin belə bir dərdi varmı? Yoxdur."

  Beynəlxalq maliyyə mərkəzinə ev sahibliyi edən Ümraniyedə isə Ərdoğan rayonun keçmiş çətin günlərini yada salıb, o günlərin artıq geridə qaldığını, problemli B2 bölgələrinin sənəd məsələsinin həll edildiyini, indi abadlıq işlərinin görüldüyünü, il sonuna qədər bunun da bitəcəyini söyləyib, həyət və bağ evlərində dinc və etibarlı şəkildə, insanların problemsiz həyatlarını sürə bildiklərini, Türkiyənin yeni bir gələcəyə sürətlə irəlilədiklərini vurğulayıb. Ərdoğan Ümraniyənin Türkiyənin daxili və xarici savaşında əhəmiyyətli mübarizəsinə də toxunub.

  Türkiyə dövlət başçısı bütün çıxışlarında bir daha bu sözləri söyləyib: “PKK, FETÖ, DAEŞ kimi bütün terror təşkilatları üzərimizə salınıb. Bu terror təşkilatlarının iplərini əllərində tutanlar onların işi ilə qane olmadıqları zaman şəxsən özləri dövrəyə girirlər."



Әlaqәli Xәbәrlәr