Mövlud Çavuşoğlu Rusiya ilə münasibətlərin daha da gücləndiriləcəyini bildirdi

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Astana danışıqlarının davam ediləcəyini bildirərək, siyasi həll yollarının axtarışında daha qətiyyətli olacaqlarını söylədi.

713645
Mövlud Çavuşoğlu Rusiya ilə münasibətlərin daha da gücləndiriləcəyini bildirdi

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyanın Alanya qəsəbəsində gündəmə dair açıqlamalar verdi.
 
 Çavuşoğlu Rusiya ilə münasibətlərin  kədərli hadisədən dərs alınaraq, daha da gücləndiriləcəyini söylədi.
 
Rusiya ilə "Türk Axını", "Akkuyu" kimi  böyük layihələr həyata keçirdiklərinin qeyd edən Çavuşoğlu digər sahələrdə də əlaqələri gücləndirmək üçün çalışdıqlarını vurğuladı.
 
 Suriyada atəşkəsin təmin edilməsi, humanitar yardımların çatdırılması, və siyasi həll məsələsində əzmlə çalışan iki ölkənin Rusiya və Türkiyə olduğuna diqqəti çəkən Çavuşoğlu: "Son altı aydakı səylərimiz nəticəsində Suriyada bəzi müsbət irəliləyişlər təmin olundu. Astana danışıqlarına isə davam edəcəyik. Siyasi həll yollarının tapılmasında daha qərarlı olacağıq. Türkiyə və Rusiyanın birlikdə olması yalnız ikitərəfli münasibətləri inkişaf etdirmir, eyni zamanda, regional problemlərin həllinə də öz töhfəsini verir" dedi.
 
 Rusiya sığorta şirkətinin rus vətəndaşlarının Türkiyədə və Antalyada müalicəsi ilə bağlı iş apardığını qeyd edən Çavuşoğlu  Antalyada ilk dəfə təşkil etdikləri sağlamlıq və idman turizmində 20 min rusiyalının müalicəsi ilə bağlı müqavilə bağlandığı barədə məlumat verdi.
 
 Rusiya vətəndaşlarının ikili vətəndaşlıq məsələsi ilə bağlı Türkiyənin qanunlarında problem olmadığına diqqəti çəkən Çavuşoğlu: "Bütün ölkələrin  vətəndaşlarına ikili vətəndaşlıq verə bilirik. Rusiya bəzi vətəndaşlıq müraciətlərində şərtlər qoyur, amma biz bunu gələcəkdə rus dostlarımızla müzakirə edərək  həll edəcəyik. Rusiya vətəndaşlarımızın pasportla Türkiyəyə gəlməsini arzu edirik" dedi.
 
 Çavuşoğlu Ukrayna ilə pasportsuz giriş üçün protokol imzaladıqları,  Rusiya ilə də pasportlu giriş məsələsi ilə bağlı müzakirələrin başlandığı barədə məlumat verdi.

Güclü Türkiyənin heç kimə zərəri olmayacağına, yerləşdiyi bölgəyə faydası olacağına işarə edən Çavuşoğlu bəzi Qərb, Avropa ölkələrinin, Rusiyanın və Türkiyənin daxili işlərinə qarışdığını bildirdi.
 
 Sözügedən ölkələrin özlərini bütün ölkələrin  "rəisi" olaraq gördüyünü dilə gətirən nazir: "Bu ölkələr bu vərdişlərindən əl çəkmirlər. Avropada 5 milyon vətəndaşımızın olmasına baxmayaraq, biz o ölkələrin seçkilərində tərəf tutmuruq. Bundan başqa, Rusiya ilə münasibətlərimizin inkişafına görə də narahat olurlar" dedi. 
 "Nə Türkiyə, nə Rusiya, nə də başqa ölkə ərazisində terrorçular olmamalıdır" deyən Çavuşoğlu terrorun hər kəs üçün təhdid olduğunu vurğuladı.
  Çavuşoğlu: "Terrorizm insanlıq cinayətidir. Biz terrorla mübarizə məsələsində Rusiya ilə əməkdaşlığımızı daha da gücləndirəcəyik" dedi.

 



Әlaqәli Xәbәrlәr