"Avrupa İttifaqı Türkiyənin iqtisadi gücündən narahatdır",R.T.Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqının Türkiyənin iqtisadi gücündən narahat olduğunu söyləyib.

713067
"Avrupa İttifaqı Türkiyənin iqtisadi gücündən narahatdır",R.T.Ərdoğan

 

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqına (Aİ) üzv ölkələrin Türkiyənin iqtisadi gücü qarşısında təşvişə düşdüyünü söyləyib.

Ərdoğan TRT ekranlarında gündəmi dəyərləndirərək deyib ki, Türkiyənin iqtisadiyyatının inkişafı Aİ-na üzv ölkərinin inkişafından orta hesabla daha yüksəkdir. Bu da  Qərb dünyasında narahatlıq doğurur. Türkiyənin iqtisadiyyatı daha da inkişaf edəcək. Sərmayə qoyuluşları və layihələr sürətli şəkildə həyata keçiriləcək.

NATO müttəfiqi Almaniya və Yunanıstanın terrorçuların Türkiyəyə qaytarılması mövzusunda əsaslı rəftar ortaya qoymamasını da tənqid edən  dövlət başçısı Ərdoğan Fransa mətbuatının isə öz seçki kampaniyalarında belə, "Rəcəb Tayyib Ərdoğan" adından bu cür çox istifadə etməsini "müsbət bir adım" olaraq dəyərləndirib.

Türkiyənin Aİ tərəfindən 54 ildir gözlədildiyini vurğulayan Ərdoğan bildirib ki, Türk əhalisinin dinamik gücünü görürlər amma bu əhaliyə viza rejimi tətbiq etməyi davam etdirirlər.

Aİ ilə 2015-ci ildə əldə olunan "Mühacirlərin geri qəbuluna dair razılaşma" çərçivəsində Türkiyədə yaşayan qaçqınlar üçün vəd edilən 6 milyard avronun yalnız 725 milyon avrosunun verildiyini vurğulayan Ərdoğan deyib ki, bunlar bu qeder vəfasızdır. Ciddi yığıncaqlarda bir təşəkkür belə etmirlər.

Fetullahçı Terror Təşkilatının Amerika Birləşmiş Ştatlarında yaşayan quldurbaşının qaytarılması ilə əlaqəli suala cavabən  Ərdoğan bildirib ki, ümidimi itirmək istəmirəm. Onlara (ABŞ səlahiyyətlilərinə) davamlı olaraq bütün nazirlərimizlə,  baş nazirimiz, özüm bunları çatdırırıq. Təmənni edirəm ki, Amerika bu səhvini görmüşdür. Bu səbəbdən artıq quldurbaşına ölkəsində sığınacaq verib, başına bəla etməməlidir. Amma quldurbaşının bu ölkədə inzibati bir qənaətlə belə saxlanılmaması düşündürücüdür.



Әlaqәli Xәbәrlәr