R.T.Әrdoğan: ‘‘Böyük millәtlәrin imtihanı da çәtin olur’’

Türkiyәnin dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan  Sinan Erdem  idman zalında Milli İradə platforması tərəfindən təşkil edilən "15 İyul Şəhid yaxınları və Qazilәr  Programı" da  iştirak edib.

711514

Proqramda  açılış nitqi ilә çıxış edәn dövlәt başçısı  böyük millәtlәrin  imtihanının da çәtin olduğunu bildirib.

Rәcәb Tayyib  Ərdoğan bəzi qüvvələrin Türkiyənin  böyümәsini  istәmәdiyini dә  vurgulayıb. 

Fәtullahçı Terror Təşkilatı Paralel Dövlət İdarәçiliyinin  (FETÖ/PDY)  iyulun 15-dә  hәyata keçirdiyi dövlәt çevrilişi cәhdi zamanı xalqın bənzəri olmayan qəhrəmanlıq  nümayiş etdirdiyini  deyәn Rәcәb Tayyib Әrdoğan, millətin terror təşkilatlarının arxasındakı qüvvәlәrә  aprelin 16-da lazımi cavabı verәcәyini vurğulayıb.

Terror tәşkilatlarına qarşı mübarizәnin qətiyyətlə davam etdiyini deyәn dövlәt başçısı әsl mübarizәnin  terrorçuların arxasında dayanan qüvvәlәrә qarşı aparıldığını  bildirib.   

Dövlәt başçısı  separatçı terror təşkilatının 1984-cü ildәn etibarәn  vəhşicəsinə qətlə yetirdiyi insanların əksəriyyətinin kürdlərin təşkil etdiyini  dә  qeyd edib.

Әlaqәli Xәbәrlәr