"Nemo Primero" ilə Antalya sahillərində artıq suyun altında gəzmək mümkündür

Antaliyada turistik sualtı gəmisi "Nemo Primero" mərasimlə xidmətə açıldı.

710428
"Nemo Primero" ilə Antalya sahillərində artıq suyun altında gəzmək mümkündür

Antaliyada turistik sualtı gəmisi "Nemo Primero" mərasimlə xidmətə açıldı.

Antalya valisi Münir Karaloğlu, Kaleiçi Yaxt Limanında təşkil edilən mərasimdə etdiyi çıxışda mülki olan turizm məqsədli sualtı gəmisinin Türk turizminin inkişafı baxımından əhəmiyyətli olduğunu vurğulayıb.

Mərasimdən sonra vali Karaloğlu və müşayiətindəkilər turistik sualtı ilə ilk rəsmi səfərini Antalya Kaleiçi sahillərində olan 35 metr dərinliyində batıq yeri St. Didierə  reallaşdırıb.

48 nəfərlik tutumu olan "Nemo Primero"nun uzunluğu 20, eni 4, hündürlüyü 6,5 metrdir. Çəkisi isə 106 tondur.

 Bir dəqiqədən daha qısa müddətdə suyun altına enə bilən turistik sualtı hər gün, Kaleiçi və Rat Adası sahillərində müəyyən olunan istiqamətlərdə ilk etapda gündə dörd dəfə suyun altına dalacaq.

İstəyə görə səfər sayı 8-ə qədər çıxarıla bilər.

Sualtı ilə bir saata yaxın səfər üçün adam başı ödəniş isə 200 lirədir.



Әlaqәli Xәbәrlәr