Binəli Yıldırım:"Respublikaya əl uzadanın, dil uzadanın qarşısında biz varıq"

Türkiyənin baş naziri Binəli Yıldırım 16 apreldə rejim dəyişikliyi üçün deyil, hökumət sisteminin dəyişdirilməsi üçün səs veriləcəyini söylədi.

709778

Baş nazir Aydın Stansiyası Meydanında xalqa müraciət edərək Türkiyədə idarəetmə sisteminin Respublika olduğunu vurğuladı və:"Respublikanı canımızla, qanımızla yaratdıq. Respublikaya əl uzadanın, dil uzadanın qarşısında biz varıq" dedi.

Binəli Yıldırım, eyni zamanda, tək təhsil sisteminin (bütün gün təhsil) ilk dəfə Aydından başladılacağı barədə məlumat verdi.

Әlaqәli Xәbәrlәr