"Avropa özünün problemlərini həll etsin", M.Çavuşoğlu

Xarici işlər naziri Mövlud Çavuşoğlu Türk dünyasının güclərini birləşdirməyə başladığını söyləyib.

709091
"Avropa özünün problemlərini həll etsin", M.Çavuşoğlu

Xarici işlər naziri Mövlud Çavuşoğlu Türk dünyasının güclərini birləşdirməyə başladığını söyləyib.

Antalyada bir sıra tədbirlərdə iştirak edən Çavuşoğlu Alanya qəsəbəsində vətəndaşlarla görüşüb.

Nazir Çavuşoğlu güclü və yeni Türkiyə üçün nəhəng layihələr həyata keçirməyin vacib olduğunu, 15 ildir ki, millətə ən yaxşı xidməti təqdim etmək üçün cəhd göstərdiklərini söyləyib.

Türk bayrağının dünyanın hər yerində dalğalanması üçün çalışdıqlarını vurğulayan nazir Çavuşoğlu ölkə xaricindəki məzlumları da yalnız buraxmadıqlarını qeyd edib.

Xaricdə yaşayan türklərin sahibsiz olmadıqlarını və artıq özlərini güclü hiss etdiklərini vurğulayan Çavuşoğlu deyib ki, Türk dünyasını qurduq. Türk Dünyası Parlament Məclisini qurduq və Türk dünyası ilə gücümüzü birləşdiririk, Türkləri birləşdiririk. Bu ilin sonunda böyük bir 'Türk Dünyası Zirvəsi' keçirərək, bütün dünyadakı Türklərin nümayəndələrini bir araya gətirəcəyik. Türkiyəyə qarşı paxıllıq edənlər, oyun oynayanlar  var. Amma biz bunların qarşısında güclü dayanmağı bacarırıq.

Daxildə və xaricdə xainlərlə mübarizə etdiklərini vurğulayan Çavuşoğlu bildirib ki, PKK ilə həm Türkiyə sərhədləri daxilində həm də İraq sərhədləri daxilində mübarizə edirik. Eyni şəkildə DAEŞ ilə də mübarizəmizi davam etdiririk. Fetullahçı terror təşkilatı (feto) ilə daxildə və dünyanın hər yerində mübarizə aparırıq.

Türkiyənin keçmişdə koalisiyalardan çox əziyyət çəkdiyini, onun üçün sistemi gücləndirməyin vacibliyini ifadə edən Çavuşoğlu 16 apreldə keçiriləcək referendumun daşıdığı əhəmiyyətə toxunub.

Avropanın tutduğu mövqeyi də tənqid edən Mövlud Çavuşoğlu deyib ki, Avropa həddini aşır. Özünün problemləri ilə məşğul olsun, onları həll etsin.



Әlaqәli Xәbәrlәr