R.T.Ərdoğan: "ABŞ-ın addımı müsbətdir, amma yetərli deyil"
Türkiyәnin dövlәt başçısı Rəcəb Tayyib Ərdoğan Amerika Birləşmiş Ştatlarının Suriya rejiminə mәxsus aviabazaya raket zərbələri endirməsinə münasibət bildirib.
Türkiyәnin dövlәt başçısı Rəcəb Tayyib Ərdoğan Amerika Birləşmiş Ştatlarının Suriya rejiminə mәxsus aviabazaya raket zərbələri endirməsinə münasibət bildirib.
Dövlәt başçısı ABŞ-ın addımını "gecikmiş" adlandırsa da müsbәt qiymәtlәndirib.
İki özәl televiziya kanalına müsahibә verәn dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan ABŞ-ın hәyata keçirdiyi әmәliyyatı yetәrli hesab etmәyib.
Әrdoğan Suriyada hücumların yalnız kimyәvi silahla deyil, adi silahlarla da hәyata keçirildiyinin gündәmә gәlmәsinin vacibliyini vurğulayıb.
Rәcәb Tayyib Ərdoğan Suriyada kimyəvi silah olduğuna dair əllərində radar qeydlәrinin olduğunu, kimyəvi silahın hansı təyyarələrdən atıldığının da radarlarla təsbit edildiyini bildirib.
Әlaqәli Xәbәrlәr
“Pontus iddiaları” Türkiyə-Yunanıstan münasibətlərinə xələl gətirmək məqsədi daşıyır
Türkiyə Xarici İşlər Nazirliyi verdiyi yazılı açıqlamada bildirib ...
Türkiyə prezidenti sosial media ilə də İrana başsağlığı verdi
Sosial media hesabından paylaşdığı mesajda R.T.Ərdoğan yazıb ...