Bu günə qədər xaricdə yaşayan 69 min 79 Türkiyə vətəndaşı səs verib

Türkiyədə aprelin 16-da konstitusiya dəyişikliyi ilə bağlı keçiriləcək referenduma aid səsvermənin başladığı altı Avropa ölkəsi və gömrük qapılarında üç gün ərzində ümumilikdə 69 min 79 seçici səs verdi.

702422

 16 aprel konstitusiya dəyişikliyi referendumu üçün xaricdəki nümayəndəliklərə bağlı seçicilər 27 martda səs verməyə başladı.
 
 Ən çox Türkiyə vətəndaşının yaşadığı Almaniyada 13 nümayəndəlikdə səs verildi.

 Fransada 6, Avstriyada 3, İsveçrədə 3, Belçikada 2, Danimarkada 1, Lüksemburqda 1 olmaqla, cəmi 29 nümayəndəlikdə səsvermə məntəqələri yaradılıb.
 
 Səsvermə prosesinin ilk üç günündə 57 min 521 seçici "hə" və  "yox" arasındakı seçimini etdi.
 
 Hava limanlarında yaradılan müvəqqəti gömrük qapılarında və digər gömrük qapılarında 11 min 558 seçici  səs verdi.
 
 Beləliklə, xaricdə bu günə qədər 69 min 79 seçici səs verib.

Әlaqәli Xәbәrlәr