Mövlud Çavuşoğlu "TRT Xəbər"ə müsahibə verdi

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "TRT Xəbər"in qonağı oldu

701733
Mövlud Çavuşoğlu "TRT Xəbər"ə müsahibə verdi

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İraqda Kərkük Şəhər Məclisinin birtərəfli qərarı ilə rəsmi qurum və təşkilatlara İraq bayrağı ilə yanaşı İraq  Regional Kürd Muxtariyyətinin bayrağının da asılmasına reaksiya göstərdi.

"TRT Xəbər"in qonağı olan Mövlud Çavuşoğlu Türkiyənin İraqda terror təşkilatı DEAŞ ilə mübarizə apardığı bi zamanda belə bir addımın doğru olmadığını bildirdi.

Hər kəsin məsuliyyətli davranmasının vacibliyini qeyd edən Çavuşoğlu Türkiyənin İraqın torpaq bütövlüyünü dəstəklədiyini vurğuladı.

Çavuşoğlu:" O bölgənin etnik strukturunu dəyişdirmək doğru deyil" dedi.

Mövlud Çavuşoğlu Amerika Birləşmiş Ştatlarının dövlət katibi Rex Tillersonun sabah Ankaraya edəcəyi səfərə də toxundu.

Nazir səfərdə Fətullahçı Terror Təşkilatının ABŞ-da yaşayan başçısı Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi məsələsinin, Suriya, İraq və Türkiyə- ABŞ münasibətlərinin maraq dairəsində olan bütün mövzuların müzakirə olunacağını bildirdi.

Gülənin Türkiyəyə qaytarılması məsələsində Ədliyyə Nazirliyi ilə əməkdaşlıq etdikləri, sənədləri  və əlavə dəlilləri ABŞ-a göndərdikləri barədə məlumat verən Çavuşoğlu FETÖ-nün təkcə Türkiyədə deyil, ABŞ-dakı qurumlara da sızdığını qeyd etdi.
 
 Qərbin FETÖ-yə dəstəyindən də danışan Çavuşoğlu:" Bu gün FETÖ-nü Avropada qoruyanlar 15 iyuldakı dövlət çevrilişi cəhdinin arxasında bu təşkilatın olduğunu çox yaxşı bilirlər" dedi.
 
 Mövlud Çavuşoğl nəzərdə tutulan Rakka əməliyyatıyla bağlı olaraq da, ABŞ-ın yeni rəhbərliyinin ölkədaxili məsələlərə kökləndiyini qeyd edərək: " ABŞ-ın Rakka ilə əlaqədar siyasəti qısa müddət ərzində aydın olar, amma Obama rəhbərliyindən fərqli bir mövqe gözləyirik" dedi.
 
  Separatçı terror təşkilatı PKK-nın Suriyadakı qolu YPG ilə birgə əməliyyat keçirmənin yanlışlığını ABŞ-a bildirdiklərini ifadə edən Mövlud Çavuşoğlu Türkiyənin Suriyanın ərazi bütövlüyünü dəstəklədiyini və YPG ilə bu bütövlüyün təmin olunmayacağını söylədi.

-

 

 



Әlaqәli Xәbәrlәr