Numan Kurtulmuş:"Yox"u dəstəkləyən Avropa ölkələri güclü bir Türkiyəni görmək istəmirlər"

Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş İstanbulda qeyri-hökumət təşkilatları ilə keçirdiyi iclasda 16 apreldə konstitusiya dəyişikliyi referendumunda nəzərdə tutulan prezidentlik sistemindən danışdı.

699493
Numan Kurtulmuş:"Yox"u dəstəkləyən Avropa ölkələri güclü bir Türkiyəni görmək istəmirlər"

Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş "Yox" kampaniyasına dəstək verən Avropa ölkələrinin güclü bir Türkiyəni görmək istəmədiklərini bildirdi.
 
 Baş nazirin müavini İstanbulda qeyri-hökumət təşkilatları ilə keçirdiyi iclasda 16 apreldə konstitusiya dəyişikliyi referendumunda nəzərdə tutulan prezidentlik sistemindən danışdı.
 
 Kurtulmuş referendum kampaniyasına kənardan da dəvətsiz qonaqların qoşulduğunu xatırlatdı,  bəzi Avropa ölkələrinin Türkiyənin nazirlərinə və millət vəkillərinə referendumdan əvvəl keçirmək istədikləri "Hə" kampaniyasına imkan vermədiklərini vurğuladı.
 
 Almaniya, Hollandiya, Avstriya və İsveçrə kimi ölkələrin "Yox" kampaniyasına dəstək vermək üçün müxtəlif tədbirlər gördüklərini qeyd edən Kurtulmuş Avropanın ikiüzlü fəaliyyətlərini tənqid etdi.
 
Numan Kurtulmuş İsveçrənin Bern şəhərindəki terror təşkilatları PKK, DHKP-C və YPG-nin də aralarında olduğu qruplar tərəfindən prezident Rəcəb Tayyib Ərdoğanı hədəf göstərən qalmaqallı plakatla bağlı münasibətini də dilə gətirərək:"PKK Aİ-nin terror siyahısında olan bir təşkilat deyilmi? Necə olur ki, PKK-nın "yox" kampaniyasına imkan verirsən, Türkiyənin nazirinə, millət vəkilinə imkan vermirsən? Niyə bu qədər narahatlıq keçirirsiniz? İsveçrə, Hollandiya, Avstriya başqa bir dövlətdirlər. Bizdəki konstitusiya dəyişikliyi sizi niyə bu qədər çox maraqlandırır?" deyə soruşdu.



Әlaqәli Xәbәrlәr