Mövlud Çavuşoğlu:"Həm Türkiyə, həm də Rusiya verdiyi sözə əməl edir"

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin və Rusiyanın verdikləri sözə əməl etdiklərini bildirdi.

699471
Mövlud Çavuşoğlu:"Həm Türkiyə, həm də Rusiya verdiyi sözə əməl edir"

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu:" Bizdən soruşurlar:" Necə Rusiya ilə birgə bu qədər iş  görə bildiniz?  Bizim  cavabımız isə sadədir:"Həm Türkiyə, həm də Rusiya verdikləri sözə əməl edir, imzaladıqları müqaviləyə sadiq qalırlar. Bu səbəbdən nəticə əldə edirik" dedi.
 
 Xarici işlər naziri Konyaaltı rayonunda  Rus Mədəniyyət Dərnəyinin özəl məktəbdə keçirdiyi toplantıda iştirak edərək Antalyada yaşayan ruslarla görüşdü.
 
 Rusiya ilə Türkiyə arasında münasibətlərin getdikcə normallaşdığını qeyd edən Çavuşoğlu liderlər arasında dostluq münasibətinin olduğunu, martın 10-da Moskvada birgə toplantı keçirildiyini xatırlatdı.
 
Nazir iki ölkə arasındakı müsbət münasibətlərin regional problemlərin həllinə də töhfə verdiyini, Suriyada atəşkəsin bərqərar olmasına, insanlara yardımların çatdırılmasına vəsilə olduğunu, bu məsələdə Türkiyə və Rusiyanın birlikdə fəaliyyət göstərdiklərini qeyd etdi.
 
 Çavuşoğlu regional problemlərin həlli üçün əməkdaşlığı gücləndirmək istədiklərini də sözlərinə əlavə etdi.



Әlaqәli Xәbәrlәr