Bu gün xaricdə yaşayan Türkiyə vətəndaşlarının səsvermə prosesi başladı

3 milyondan artıq seçici aprelin 9-dək səs verəcək.

699480
Bu gün xaricdə yaşayan Türkiyə vətəndaşlarının səsvermə prosesi başladı

Türkiyədə 16 apreldə keçiriləcək konstitusiya dəyişikliyinə dair referendum üçün xaricdə yaşayanTürkiyə vətəndaşlarının səsvermə prosesi bu gün başladı.
 
 3 milyondan artıq seçici aprelin 9-dək səs verəcək.
 
 Səsvermə səhər 9-dan axşam 21-ə qədər davam edəcək.
 
 İlk olaraq Danimarka, Belçika, Fransa, İsveçrə, Avstriya və Almaniyada yaşayan Türkiyə vətəndaşları səs verəcəklər.
 
 Ən çox Türk əhalisi olan ölkə isə Almaniyadır.
 
 Səsvermə prosesi Amerika Birləşmiş Ştatlarında 1 aprel, Birləşmiş Krallıqda 6 aprel, ŞKTR-də və Hollandiyada 5 aprel, İtaliya və Səudiyyə Ərəbistanda 7 aprel, Yunanıstan və Rusiyada 8 apreldə başlayacaq, 9 aprelə qədər davam edəcək.
 
 Yaponiya, Çin və Cənubi Afrikada isə yalnız 9 apreldə səs veriləcək.
 
 Gömrük qapılarında da bu gün saat 08.00-dan başlayan səsvermə prosesi 16 aprel saat 17.00-a qədər davam edəcək.
 
 3 milyondan artıq seçici 57 ölkədə 120 nümayəndəlikdə səs verəcək.
 
 Seçicilər bu seçkidə yalnız baş konsulluqlarda deyil, istədikləri yerdə səsvermə sərbəstliyinə malik olacaqlar.
 
Seçicilər səs verərkən Türkiyə Respublikası şəxsiyyət nömrəsini və fotoşəkillərinin olduğu bir sənədi təqdim etməlidirlər.



Әlaqәli Xәbәrlәr