"Bir əsr əvvəl oynanan çirkli oyun bəzi güclər tərəfindən yenidən səhnəyə qoyulmaq istənir"

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Orta Şərq coğrafiyasında bir əsr əvvəl oynanan çirkli oyunun bəzi güclər tərəfindən yenidən səhnəyə qoyulmaq istəndiyini söylədi.

700193
"Bir əsr əvvəl oynanan çirkli oyun bəzi güclər tərəfindən yenidən səhnəyə qoyulmaq istənir"

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Orta Şərq coğrafiyasında bir əsr əvvəl oynanan çirkli oyunun bəzi güclər tərəfindən yenidən səhnəyə qoyulmaq istəndiyini söylədi.

Ərdoğan İstanbulda Abdi İpəkçi İdman salonunda Türkiyə Gənclik Vəqfi (TÜGVA) tərəfindən təşkil edilən dördüncü “Gənclik görüşü”ndə çıxış edib. O deyib ki, ölkə və bölgə olaraq kritik bir dövrdən keçirik. Orta şərqdə etnik və məzhəb əsaslı maraqlara görə qardaş qardaşı qətlə yetirir. Tarixə istiqamət qazandıran mədəniyyətə ev sahibliyi etmiş İslam diyarlarının məhv edildiyi bir poreses yaşanır.

Digər tərəfdən Avropanın ali dəyərləri deyə irəli sürülən düşüncələrin, şəxsən o dəyərlərin sahibləri tərəfindən tapdalandığını vurğulayan Ərdoğan yaradılanların ən üstünü olan insana ruh qazandıran nə qədər prinsip varsa hamısının içinin boşaltıldığı günlərin yaşandığını ifadə edib.

Bu prosesdə ön plana çıxan PKK / YPG, DEAŞ və Fetullahçı terror təşkilatı (FETÖ) kimi təşkilatların ən böyük zərəri İslama verdiyini, bu təşkilatların bölgənin parçalanmasına vasitəçilik etdiklərini söyləyib.

Dövlət başçısı bildirib ki, necə bir əsr əvvəl coğrafyamızdakı ölkələrin sərhədləri qanla, fitnə ilə müəyyən edildi, indi də eynisi terror təşkilatları vasitəsilə edilmək istənir. Bir əsr əvvəl Sykes ilə Picot arasında qəbul edilən razılaşmalar var idi, bu gün qapılar arxasında imzalanan gizli razılaşmalar var. Bir əsr əvvəl ərəbcə danışan, fəaliyyət göstərdiyi yerin insanları kimi geyinən Lawrence vardı. Bu gün də başqa donlar geyinmiş müasir “Lawrence”lar eyni işi görürlər.



Әlaqәli Xәbәrlәr