Bəkir Bozdağ:"Bu dövləti bölmək və tamamilə Anadoludan çıxarmaq üçün çalışırlar"

Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ Türkiyənin eyni anda bir neçə terror təşkilatı ilə mübarizə aparan yeganə ölkə olduğunu bildirdi.

699457
Bəkir Bozdağ:"Bu dövləti bölmək və tamamilə Anadoludan çıxarmaq üçün çalışırlar"

 
Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ Yozqatın Kadışehri Rayon Bələdiyyəsində "Yeni Konstitusiya və Prezident Sistemi" mövzulu konfransda çıxış etdi.
 
 Türkləri Anadoludan çıxarmaq üçün çalışıldığını fadə edən Bozdağ: "Düşmən düşmənçiliyini edəcək, amma biz də bu vətəni, bu milləti, bu dövləti, bu bayrağı qorumaq üçün üzərimizə düşən vəzifəni artıqlaması ilə yerinə yetirməliyik" dedi.
 
 Ədliyyə naziri  çıxışında:" Terror təşkilatları yalnız öz başına olsalar, onları dəf etmək çətin deyil, amma bu təşkilatların iplərini əlində tutan ölkələr, kəşfiyyat təşkilatları var. Türkiyə həm təşkilatlarla, həm də onların arxasında duran qüvvələrlə mübarizə edir. Hamısının gözü bu millətin birliyindədir. Məqsəd bu dövləti və milləti bölmək və tamamilə Anadoludan çıxarmaqdır. Onun üçün deyirik ki, bundan sonra Türkiyə rəhbərliyinin  sabit olması və bu sabitliyin möhkəm olması şərtdir" ifadələrini işlətdi.



Әlaqәli Xәbәrlәr