İngiltərənin Türkiyə ilə bağlı hesabatı

İngiltərə Parlamentinin alt qanadı Böyük Britaniya İcmalar Palatası (Avam Kamarası) Xarici Əlaqələr Komitəsi Türkiyə - İngiltərə əlaqələrinə dair hesabat hazırlayıb.

698988
İngiltərənin Türkiyə ilə bağlı hesabatı

  Türkiyə ilə İngiltərə arasında strateji iş birliyi yaradılmasının dəstəkləndiyi 79 səhifəlik hesabatda kommersiya, müdafiə sənayesi və təhlükəsizlik sahələrindəki ikitərəfli əlaqələr ön plana çıxarılıb.

  Türkiyənin terror təşkilatı DAEŞ-lə mübarizədə və qaçqınlarla bağlı xidmətinin vurğulandığı hesabatda Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin 15 İyul Çevriliş Cəhdinə də toxunulub və İngiltərənin bu mövzuda Türkiyəyə dəstək verdiyi qeyd olunub.

  Türkiyə - İngiltərə əlaqələrinin bu günü və tövsiyələrlə bağlı hesabat üçün araşdırmalar keçən il iyul ayında başlamışdı.



Әlaqәli Xәbәrlәr