“Belə qərarlar neofaşist, neonasistlərin dəyirmanına su tökür”, N.Kurtulmuş

Baş nazirin müavini Numan Kurtulmuş “Daily Sabah” qəzetinin Avropa Parlamentində paylanmasına qadağa qoyulmasına reaksiya göstərib.

698586
“Belə qərarlar neofaşist, neonasistlərin dəyirmanına su tökür”, N.Kurtulmuş
bozdağ.jpg

Baş nazirin müavini Numan Kurtulmuş “Daily Sabah” qəzetinin Avropa Parlamentində paylanmasına qadağa qoyulmasına reaksiya göstərib.

Kurtulmuş Gaziantep şəhərində mövzu ilə əlaqəli verdiyi açıqlamda deyib ki, birtərəfli bu qərarlar neofaşist, neonasistlərin dəyirmanına su tökməyə davam edir. Onlar istəmirlər deyə Türkiyənin səsini Avropaya, Qərb dünyasına çatdıracaq bir qəzetə qadağa qoymaq qəbul edilə bilməz.

Numan Kurtulmuş bildirib ki, "Daily Sabah” qəzeti Türkiyədə baş verənləri bütün dünyaya ingilis dilində yaymağa cəhd göstərən qəzetimizdir. Onların söz azadlığını görə bilmirik. Bu qərarın mənası nədir?

Ədliyyə naziri Bəkir Bozdağ da “Daily Sabah” qəzetinin Avropa Parlamentində paylanmasına qadağa qoyulması qərarı ilə mətbuat və ifadə azadlığının pozulduğunu söyləyib.

Bəkir Bozdağ sosial media vasitəsilə bunları deyib: Avropa Parlamenti başçısının bu haqsız qərarı və faşist tətbiqi, mətbuat və söz azadlığının qətl edilməsi və Avropa İttifaqı dəyərlərinin yox edilməsidir.

Bozdağ Türkiyəni mətbuat və söz azadlığı mövzusunda haqsız yerə günahlandıran Avropa Parlamentinin “Daily Sabah”ın xəbər və şərhlərinə dözüm göstərə bilmədiyini vurğulayıb.

Avropada mətbuat və söz azadlığının yalnız Türkiyəyə böhtan atanlar üçün olduğunu, amma Avropanı tənqid edənlərə olmadığını qeyd edən Bozdağ vurğulayıb ki, bu qərar Avropa Parlamentinin çirkin üzünü göstərməkdədir. Onun bu çirkin sifətini qınayıram. Avropa Parlamentini mətbuat və söz azadlığına hörmətə dəvət edirəm.



Әlaqәli Xәbәrlәr