"Biz ABŞ-ı müttəfiq və dost olaraq görürük”, M.Çavuşoğlu

Çavuşoğlu Nyu Cersidə Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Amerika Birləşmiş Ştatlarındakı Seçki Koordinasiya Mərkəzində təşkil edilən referendumla bağlı yığıncağında iştirak edib.

697520
"Biz ABŞ-ı müttəfiq və dost olaraq görürük”, M.Çavuşoğlu

  Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Qərb ölkələrinin güclənən bir Türkiyədən narahat olduqlarını təkrar etdi.

  Çavuşoğlu Nyu Cersidə Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Amerika Birləşmiş Ştatlarındakı Seçki Koordinasiya Mərkəzində təşkil edilən referendumla bağlı yığıncağında iştirak edib.

  ABŞ-la Türkiyə arasındakı güclü bağlara hər zamankındən daha artıq ehtiyac olduğunu söyləyən Çavuşoğlu deyib: "Biz ABŞ-ı müttəfiq və dost olaraq görürük. Yeni rəhbərliyin də Türkiyənin əhəmiyyətini yaxşı anladığını hiss edirik.

  Amma biz Pensilvaniyada hələ də himayə edilən Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin başçısının Tükiyəyə qaytarılmasını və ya həbs olunmasını hələ də tələb edirik.

  Türkiyənin get-gedə daha fəal xarici siyasət yürüdür. Bütün məzlumlara dəstək verir. Təbii fəlakət və bu kimi digər bütün hallarda Haiti və Somali kimi fərqli coğrafiyalara yardım edir.

  Türkiyənin əvvəlki Türkiyə deyil. Türkiyə artıq Türkiyədən də böyükdür. Türkiyə artıq yalnız 80 milyondan ibarət deyil. Ona görə Türkiyənin daha güclü olması lazımdır. Belə bir güclü Türkiyəni əsrlərdir gözləyənlər var."

  15 ildir inkişaf edən Türkiyə yoluna əzmli şəkildə davam edir.

  16 Aprel Referendumu Türkiyəni Rəcəb Tayyib Ərdoğandan sonrakı dövrə də hazırlayır. Ayrı-ayrı şəxslər və liderlər deyil, sistem güclü olmalıdır.

  Avropa mətbuatı hər mövzuda yalan söyləyir, xüsusilə Niderland. Türkiyənin konstitusiya dəyişikliyinə qarşı çıxırlar. Terror təşkilatları PKK və FETÖ də bu kampaniyada Avropanın yanında yer alır”.



Әlaqәli Xәbәrlәr