Ərdoğan, Almaniya kansleri Merkelə sərt reaksiya verib

Prezident Rəcəb Tayyib Ərdoğan, Türkiyənin üzərində oyun oynanacaq ölkə olmadığını ifadə edərək, Avropa ölkələrinə xəbərdarlıq verib.

696819
Ərdoğan, Almaniya kansleri Merkelə sərt reaksiya verib

Ərdoğan, Prezident administrasiyasında Anadolu Nəşriyyatçılar Dərnəyinin üzvlərini qəbulu zamanı etdiyi çıxışında, Niderlandın Türk nazirlərinin Avropada yaşayan türklərlə yığıncaq təşkil etmələrinə icazə verilməməsinə dair qərana dəstək verən Almaniya Kansleri Angela Merkelə reaksiya verərək: “Sən, Türkiyə Respublikasının Prezidentinə, nazirlərinə kapını bağlayıb, uçuş icazəsi vermirsən. Niderlandda atını, itini mənim vətəndaşlarımın üzərinə salan, nazirimi avtomobilində qapalı qalmağa məhkum edən bir ölkəyə dəstək verirsən. Lakin mən xalqımın və Haqlı olanın yanındayam. Türkiyə qüruru ilə oynanacaq, nazirləri qapılardan qovulacaq, vətəndaşları yerlərdə sürüklənib gətiriləcək bir ölkə deyil. Bütün dünya cərəyan edən bu hadisələri yaxından izləyir. Bu rəftar və siyasətinizin davam etməsi halında, dünyanın heç bir yerində heç bir Avropalı, Qərbli, etibarla, dincliklə küçəyə çıxa bilməyəcək. Bu təhlükəli oyundan ən çox siz təsirlənərsiniz. Avropa ölkələrini demokratiyaya, insan hüquqlarına, azadlıqlarına hörmətlə yanaşmağa çağırıram. Bu dəyərlərə Türkiyə qədər, Avropalının da ehtiyacı var. Media mənsubu adı altında əcnəbi təşkilatlara casusluq edənlərə isə lazımlı cavab veriləcək” deyə vurğulayıb.



Әlaqәli Xәbәrlәr