Qadağanetmə ilə bu iş olmaz

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Amerika Birləşmiş Ştatlarının 8 ölkədən birbaşa uçuşlarda mobil telefondan tutmuş böyük elektron cihazlarınadək sərnişinlərin yanlarında götürmələrilə bağlı qərarına münasibət bildirib.

696262
Qadağanetmə ilə bu iş olmaz

  Çavuşoğlu Milli Mətbuat Klubunda “Turkish Heritage Organization” tərəfindən təşkil edilən paneldəki çıxışında mətbuat nümayəndələrinin "elektron cihazlarının məhdudlaşdırılması" ilə bağlı sualları cavablandırıb.

  Qadağa qərarıyla əlaqədar ABŞ Milli Təhlükəsizlik Təşkilatının məsləhətçisi general-leytenant H.R.McMasterlə üz-üzə, ABŞ Dövlət katibi Reks Tillersonla telefonla danışdığını bildirən Çavuşoğlu deyib:

  "Bir narahatlıq varsa təhlükəsizliklə əlaqədar, bir araya gəlib tədbir görmək lazımdır. Qadağanetmə ilə bu iş olmaz. Bir terrorçu nəqliyyata hər hansı yerdən minə bilər. Bütün yerlərdə lazımi işlər görmək gərəkdir."

  Çavuşoğlu, xüsusilə, xarici DAEŞ döyüşçüləri arasında çoxlu Avropa vətəndaşı olduğuna da diqqət çəkib. Daha sonra nazir deyib:

  “ABŞ səlahiyyətlilərinin gördüyü tədbirlər qalıcı deyil, əlavə planlar üzərində çalışılmalıdır. Amerika və ya hər hansı bir müttəfiqimizin narahatlığı bizim də narahatlığımızıdır. Bir probem varsa, bunu birlikdə həll etmək ən doğrusudur."



Әlaqәli Xәbәrlәr