“Bu işi gördüyü zaman ağır cavab alacaq”, B.Yıldırım

Baş nazir Binəli Yıldırım İstanbulda Fikir Rəhbərləri Görüşündə etdiyi çıxışında deyib.

696287
“Bu işi gördüyü zaman ağır cavab alacaq”, B.Yıldırım

  Türkiyənin Baş naziri Binəli Yıldırım heç bir ölkənin Türkiyəyə yüklənə bilməyəcəyini, bu işi gördüyü zaman ağır cavab alacağını söyləyib.

  Baş nazir B.Yıldırım İstanbulda Fikir Rəhbərləri Görüşündə etdiyi çıxışında deyib:

  “Bu millət şərəfinə və istiqlalına çox aludə olan bir millətdir. Tarixdə əsarət altına girməyən tək millət vardır ki, o da türklərdir.

  15 İyul dünya demokratiyalarında görünməmiş bir hadisə baş verdi. Millət o gün, o gecə baş komandanın, ölkə başçısının, hökumətinin çağırışına tərəddüdsüz cavab verdi, meydanları dolduraraq tanklara, təyyarələrə, bombalara qarşı sinəsini sipər etdi, azanlar susmadı, bayraqlar enmədi.

  Terror problemi də ortadan qalxacaq, əli qanlı terror təşkilatı PKK ilə mübarizə o məhv olanadək davam edəcək. Bu yola baş qoyduq. Ölkəmizdəki millətlərin arasının vurulmasına, qardaşın qardaşa düşmən edilməsinə əsla icazə verməyəcəyik.

  Güclü bir Türkiyə bəzi qonşuları narahat edir. Bunu İraq və Suriyadakı vətəndaş müharibələrində də gördük.

  Birlik və bərabərlikdə olmaqdan, gələcəyə birlikdə getməkdən başqa heç bir variant yoxdur”.



Әlaqәli Xәbәrlәr