R.T.Әrdoğan: ‘‘ Türkiyə Cümhuriyyəti ilk deyil , son dövlətimizdir’’

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan  18 Mart Şəhidləri Anma Günü və Çanaqqala Zəfərinin  102-ci ildönümü  münasibətilə təşkil edilən mərasimdə çıxış edib.

694275

Dövlət başçısı çıxışı zamanı:‘‘ Türkiyə Cümhuriyyəti ilk  deyil , son dövlətimizdir. Bu sәbәbdәn Osmanlı da bizimdir, Səlcuqlu da bizimdir’’ deyә bildirib.

Ərdoğan:  "Silahlı qüvvələrimizin dәyәrli  nümayəndələrinə, əsgərimizə, polis əməkdaşlarımıza, kənd mühafizəçilərimizə Çanaqqaladan  təşəkkür edirəm. Təhlükəsizlik qüvvələrimiz  o quyu qazanları, xəndək qazanları hazırda Cudi Dağlarında, Təndürəkdə, Bestler Dərələrdə qazdıqları quyulara  basdırırlar’’

Hollandiyanın qəbuledilməz  addımı ilə bağlı dövlət başçısı bildirib ki: ‘‘Aprelin 16-da mənin xalqım onlara ən gözəl cavabı verəcək’’.

Әlaqәli Xәbәrlәr