“Bu, tarixə sığmayacaq böyük bir dastandır”, B.Yıldırım

Türkiyənin Baş nazir Binəli Yıldırım Çanaqqala Zəfərinin tarixə sığmayacaq qədər böyük bir dastan olduğunu vurğulayıb.

694029
“Bu, tarixə sığmayacaq böyük bir dastandır”, B.Yıldırım

  18 Mart Şəhidləri Anma Günü və Çanaqqala Dəniz Zəfərinin 102-ci ildönümü münasibətilə B.Yıldırım deyib: "Bu qələbə bir çox məzlum millətin istiqlal savaşına ilham qaynağı oldu. 18 Mart 1915 - Avropanın texnologiyası, sənayesi, strategiyası və iddiasına qarşı türkün imanı, səmimiyyəti, istiqlal eşqi ilə qazandığı möhtəşəm zəfərin tarixidir. Biz istiqlalını qorumaq, ölkəsinin hər küncündə dinclik və təhlükəsizliyi təmin etmək üçün heç bir fədakarlıqdan çəkinməyən və vətənini canından əziz tutan bir millətik... Allah bütün şəhidləri rəhmət etsin. Şəhid və qazilərimizi minnət və şükürlərlə xatırlayırıq.”



Әlaqәli Xәbәrlәr