“Bir əskiklik çıxmazsa, görüşəcəyik”, M.Çavuşoğlu

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Amerika Birləşmiş Ştatları dövlət katibi Reks Tillersonun 30 martda Türkiyəyə gələcəyini bildirib.

693225
“Bir əskiklik çıxmazsa, görüşəcəyik”, M.Çavuşoğlu

  Türkiyənin özəl telekanalında gündəmlə bağlı danışarkən Çavuşoğlu deyib: “ABŞ dövlət katibi Ankaraya səfərə gəlmək istədiyini bildirdi. Hörmətli dövlət başçımıza çatdırdıq. Bir əskiklik çıxmazsa, qəbul edəcəyini söylədi. Eyni şəkildə də cənab Baş nazirə bildirdik. Beləliklə, 30 martda Tillersonun Türkiyəyə gəlməsi gözlənilir."

  Rəcəb Tayyib Ərdoğanın amerikalı həmkarı Donald Trampla görüşüb-görüşməyəcəyilə bağlı isə Çavuşoğlu bunun 16 Aprel referendumundan sonra bəlli olacağını söyləyib.



Әlaqәli Xәbәrlәr