Türkiyədən Yunanıstan və İtaliyaya getməyə çalışan qaçaq mühacirlər yaxalandı

Türkiyənin Balıkəsir və İzmir şəhərlərində həyata keçirilən əməliyyatlarda 185 qaçaq mühacir yaxalanıb.

692633
Türkiyədən Yunanıstan və İtaliyaya getməyə çalışan qaçaq mühacirlər yaxalandı

Türkiyənin Balıkəsir və İzmir şəhərlərində həyata keçirilən əməliyyatlarda 185 qaçaq mühacir yaxalanıb.

Mühacirləri pul alaraq ölkə xaricinə çıxarmağa cəhd göstərən 6-sı xarici ölkə vətəndaşı 13 nəfər saxlanılıb.

Balıkəsir vilayətinin Bandırma qəsəbəsində saxlanılan avtobusda Əfqanıstan, Suriya, İraq, Qvineya, Mərakeş, Kamerun və Cənubi Afrika mənşəli 48 mühacir ilə 4 təşkilatçı olduğu aşkarlanıb. Onlardan pul alaraq Yunanıstana aparacaqlarını söyləyən 4 nəfər saxlanılıb.

İzmir şəhərinin Balçova qəsəbəsində saxlanılan bir yük maşınında da Suriya və Əfqanıstan mənşəli 54 qaçaq mühacir yaxalanıb.

Maşında rezin qayıq və jiletlər ələ keçirilib, qaçaq mühacirlərdən pul aldığı  aşkarlanan bir nəfər də saxlanılıb.

Çeşmə qəsəbəsində də ABŞ bayraqlı təmtəraqlı bir yaxtda Suriya və Əfqanıstan mənşəli 83 qaçaq mühacir ilə onlardan pul alan 8 nəfər yaxalanıb.

Qaçaq mühacirləri qeyri-qanuni yollarla İtaliya aparmağa cəhd göstərən 4-ü ukraynalı, 2-si iraqlı, 2-si isə Türk olan 8 nəfər məhkəmə tərəfindən saxlanılıb.



Әlaqәli Xәbәrlәr